Kürd Fəhlə Partiyası (PKK) oktyabrın 23-də Türkiyənin Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
Globalinfo.az xəbər verir ki, bu barədə PKK-nın bəyanatında qeyd edilir.
Məlumata görə, təşkilat hücumun uzun müddət əvvəl planlaşdırıldığını, son zamanlarda Türkiyənin siyasi gündəmində müzakirə edilən heç bir məsələ ilə əlaqəsinin olmadığını bildirib.
Qeyd edək ki, hücum nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb. Yaralıların bəzilərinin Türkiyə xüsusi xidmət orqanlarının nümayəndələri olduğu açıqlanıb.













