Türkiyəli nazir istefaya hazırlaşır? – “Ərdoğana ərizə təqdim etdi”

Türkiyənin səhiyyə naziri Fahrettin Kocanın istefa verdiyi barədə məlumatlar yayılıb.

Globalinfo.az xəbər verir ki, jurnalist İsmail Saymaz bu məlumatı kulislərdəki mənbələrindən aldığını bildirib.

Belə ki, jurnalistin sözlərinə görə, Koca istefa ərizəsini ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edib.

Məlumat qeyri-rəsmi xarakter daşıyır.

Hələlik bununla bağlı heç bir rəsmi açıqlama yoxdur.