Nazirdən həmin taksi sürücüsü haqda üzücü xəbər – VİDEO

Ötən gün Türkiyənin İzmir şəhərində müştəri kimi taksiyə mindirdiyi D.A. (19 yaş) tərəfindən silahla vurulan Oğuz Erge müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

“Cinayətkarın layiq olduğu cəzanı alacağına şübhəmiz yoxdur. Mərhuma Allahdan rəhmət, yaxınlarına başsağlığı diləyirəm”, – o vurğulayıb.

Xatırladaq ki, 44 yaşlı O.Elge yolda soyuqda qalan gənci ünvanına aparmaq qərarına gəlib. Mənzil başına çatanda D.A. sürücüyə tapançası ilə 3 dəfə atəş açıb və “bəzi adamlara etibar etməməlisən”, – deyərək onun telefonunu və qulaqlığını götürüb hadisə yerini tərk edib. Hüquq-mühafizə orqanları 19 yaşlı cinayətkarı saxlayıblar.