Türkiyədən hava əməliyyatı: İraqın şimalında terrorçular məhv edildi

Türkiyədən hava əməliyyatı: İraqın şimalında terrorçular məhv edildi

İraqın şimalında həyata keçirilən hava əməliyyatlarında 19 terrorçu məhv edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, əməliyyatlar Qara, Hakurk və Qəndil bölgələrində aparılıb.

Nazirlik terrorçulara qarşı mübarizənin davam etdiriləcəyini açıqlayıb.

Müşviq tofiqoğlu
Globalinfo.az