Türkiyədəki seçkilərin ikinci turunun tarixi açıqlandı – YENİLƏNİB

Türkiyədəki seçkilərin ikinci turunun tarixi açıqlandı - YENİLƏNİB

Türkiyədə Prezident seçkilərinin ikinci turunun keçirilə biləcəyi tarix bəlli olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin mərkəzi seçki komissiyasının sədri Ahmet Yener bildirib.

O qeyd edib ki, əgər birinci tur nəticəsiz qalarsa, seçkilərin ikinci turu 28 may tarixində baş tutacaq.

***15:15

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident seçkilərinin tarixi ilə bağlı qərar imzalayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Qərara əsasən, Türkiyədə Prezident seçkiləri mayın 14-də keçiriləcək.