Türkiyədə polis bölməsinə hücumun görüntüləri – VİDEO

Türkiyədə polis bölməsinə hücumun görüntüləri - VİDEO

Türkiyənin İzmir vilayətinin Balçova rayonunda polis bölməsinə silahlı hücumla bağlı aparılan istintaq çərçivəsində 9 nəfər saxlanılıb.

Globalinfo.az Trend-ə istinadla xəbər verir ki, hücumu törədən 16 yaşlı şəxsin evindən mobil telefonu və kompüteri götürülüb.

Həmin şəxsin ailesinin təxminən 30 il əvvəl Kayseridən İzmirə köçdüyü öyrənilib.

*** 19:58

İzmirdəki silahlı hücumla bağlı İran vətəndaşı saxlanılıb.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, İzmirdə iki polisi qətlə yetirməkdə şübhəli bilinən Xaleq Nuriborocərdi Esenyurtda saxlanılıb.

*** 17:10

Bu gün səhər saatlarında Türkiyənin İzmir şəhərində polis bölməsinə hücumun yeni görüntüləri yayılıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, hücum edən 16 yaşlı yeniyetmə “Allahu Əkbər” qışqırıb və əlindəki qumbaranı polis bölməsinə tərəf atıb.

Qeyd edək ki, bu gün İzmir şəhərində yeniyetmə polis bölməsini atəşə tutub. Nəticədə 2 məmur ölüb, 6 nəfər yaralanıb.

Hücum edən şəxs sağdır və hazırda reanimasiyadadır.