Türkiyədə minlərlə insan xəstəxanaya düşdü

Türkiyədə Qurban bayramının ilk günündə 16 min insan qurban kəsimi zamanı xəsarət alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca paylaşım edib.

O bu kimi halların qurban kəsimlərinin peşəkarlar tərəfindən həyata keçirilməməsi səbəbindən yaşandığını vurğulayıb.

Nazir qurban kəsərkən diqqətli olmağı tövsiyə edib.