Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin hotelində baş vermiş yanğınla bağlı qardaş ölkədə yanvarın 22-də matəm elan olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.
Qeyd edək ki, faciəvi yanğın nəticəsində 66 nəfər həyatını itirib. Hadisə ilə əlaqədar 4 nəfər saxlanılıb.













