Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə 5,4 maqnitudalı zəlzələ olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Olunması Baş İdarəsi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar Kütahya vilayətinin Simav rayonunda qeydə alınıb.

Zəlzələ İstanbul və İzmirdə hiss edilib.