Türkiyədə Muğla vilayətinin Yatağan və Ula rayonlarında yanğın baş verib.
Globalinfo.az xəbər verir ki, iki rayonda yanğın eyni anda meydana gəlib.
Bildirilir ki, yanğının söndürülməsinə Meşə Təsərrüfatı İdarəsinin və Muğla bələdiyyəsinin yanğından mühafizə xidmətinin qrupları, eləcə də helikopterlər operativ şəkildə cəlb olunub.














