Türkiyədə dəhşətli yanğınlar: 7 nəfər saxlanıldı

Türkiyədə dəhşətli yanğınlar: 7 nəfər saxlanıldı

Türkiyə polisi respublikanın qərbində və şimal-qərbində meşə yanğınlarının törədilməsində şübhəli bilinən 7 nəfəri saxlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerlikaya məlumat verib.

Bildirilib ki, onlardan dördü cümə günü axşam saatlarında yanğının 4 milyonluq şəhərin, Karşıyaka ətrafı da daxil olmaqla, yaşayış məntəqələrinə çatdığı İzmir vilayətində nəzarətə alınıb.

Hazırda beş vilayətdə – İzmir, Aydın, Muğla, Manisa və Boluda meşə yanğınları söndürülür. Əməliyyatda 42 helikopter, 11 təyyarə və 366 quru qüvvəsi iştirak edir.

Qeyd edək ki, Azərbaycanın göndərdiyi Be-200 təyyarəsi 23.00-da Adnan Menderes hava limanına çatacaq.