Ankara Türkiyə və Ermənistan rəsmilərinin görüşündən imtina etdi – YENİLƏNİB

Ankara Türkiyə və Ermənistan nümayəndələrinin iyulun 2-nə planlaşdırılan görüşündən imtina edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “news.am” məlumatlı diplomatik mənbəyə istinadən məlumat yayıb.

***15:40

İyulun 2-də Türkiyə və Ermənistan nümayəndələri arasında görüş baş tutacaq. 

Globalinfo.az xəbər verir ki, bu barədə “News Armenia” məlumat yayıb.

Nəşr diplomatik mənbədən əldə etdiyi məlumata əsasən, görüşün Türkiyə-Ermənistan sərhədində, daha dəqiq “Marqara” keçid məntəqəsində baş tutacağını bildirib.

Xatırladaq ki, iyunun 11-də Ermənistan parlamentinin sədr müavini, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan  uzun müddətdir ki, Ankara və İrəvan arasında rəsmi görüşün olmadığını, bunun üçün razılaşma əldə edildiyini, lakin tarixin müəyyənləşmədiyini demişdi. İki ölkənin sərhədində yerləşən “Marqara” keçid məntəqəsi isə tam təmir olunub və istifadə üçün hazır vəziyyətə gətirilib.

Ayşən Mustafa
Globalinfo.az