Türkiyə danışıqlara ev sahibliyi edəcək

Türkiyə danışıqlara ev sahibliyi edəcək

Türkiyə Ukraynada münaqişənin sülh yolu ilə həll olunması üçün səy göstərəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın deyib.

O bildirib ki, Türkiyə Rusiya və Ukrayna arasında birbaşa danışıqlarda vasitəçi rolunu oynayacaq və bu məqsədlə İstanbulda onlara ev sahibliyi etməyə davam edəcək.

Rusiya və Ukrayna nümayəndə heyətləri uzun fasilədən sonra üç ay ərzində İstanbulda üç raund birbaşa danışıqlar apardı. Türkiyə bundan sonra da bu görüşləri qəbul etməyə və vasitəçi rolunda çıxış etməyə davam edəcək”, – o deyib.