İstanbul Beynəlxalq Hava Limanı 3 təyyarənin eyni vaxtda havaya qalxması ilə tarixi anın şahidi olub.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, İstanbul Hava Limanında 3 uçuş-enmə zolağının açılışı olub.
Açılışı mərasimində iştirak edən Türkiyə nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu bildirib ki, bu, təkcə Türkiyə üçün deyil, həm də Avropa aviasiyasında bir ilk olacaq:
“Qlobal aviasiya üçün isə tarixi an yaşanacaq. ABŞ-dan sonra bu təcrübəni həyata keçirən ölkə Türkiyədir. Bu, sərnişinlərimizin daha sürətli və təhlükəsiz daşınmasını təmin edəcək. Hava limanımız qlobal arenada daha mühüm rol oynayacaq”.
Daha sonra 3 təyyarənin eyni vaxtda havaya qalxması müşahidə edilib.














