Türkiyə millisinin kapitanı və oğlu həlak oldu – FOTO

Türkiyə millisinin kapitanı və oğlu həlak oldu - FOTO

Türkiyənin həndbol üzrə milli komandasının kapitanı zəlzələdə həyatını itirib.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, kişilərdən ibarət yığmanın kapitanı Cemal Kütahyanın cəsədi Antakyada dağıntılar altından çıxarılıb.

Onunla birlikdə 5 yaşlı oğlu Çinar Kütahya da həlak olub.

Məlumata görə, idmançının həyat yoldaşı Pınar Kütahya isə hələ də dağıntılar altındadır. Onun axtarışları davam edir.

Hadisə ilə bağlı Türkiyə Həndbol Federasiyası idmançının yaxınlarına başsağlığı verib.

Türkiyə millisinin kapitanı və oğlu həlak oldu - FOTO