Türkiyə İrandan tələb etdi: “Silah verməyi dayandırın!”

Türkiyə İrandan PKK silah tədarükünü dayandırmağı tələb edib.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

Məlumata görə, Ankara həmçinin Tehrandan kürd silahlı birləşmələrinə qarşı özünün apardığı hərbi əməliyyatlara müdaxilə etməməyi tələb edib.

Mətbuat İran rəsmiləri ilə görüşün keçən həftə İraqın Süleymaniyyə şəhərində baş tutduğunu və tələblərin də orada səsləndirildiyini bildirib. Bundan sonra İran rəsmiləri PKK-ya yardım məsələsini təkzib etsələr də, türk rəsmilər onların qarşısına fotofaktlar qoyublar. İrandan həmçinin Türkiyə sərhədinə terrorçuların atılmasının dayandırılması da istənilib.

Qeyd edək ki, bundan öncə Türkiyə mətbuatı PKK-ya İran və ABŞ-ın PUA və raket tədarük etdiyini yazıb. Mətbuat hökumətin artıq kürd terrorçularına edilən istənilən tədarükün məhv edilməsi haqqında əmr verdiyini yazıb.

Əliyar Xəlil
Globalinfo.az