Türkiyə ilə yeni sərhəd qapısının açılması… – Araqçı

Türkiyə ilə yeni sərhəd qapısının açılması... - Araqçı

Türkiyə ilə İran enerji, nəqliyyat və investisiya sahələrində əlaqələri gücləndirməlidir.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Araqçı türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi brifinqdə deyib.

Nazir qeyd edib ki, yeni sərhəd qapılarının açılması və sərhəd ticarətinin artırılması məsələlərini də müzakirə ediblər:

“Türkiyə və İran qlobal təhlükəsizlikdə mühüm rol oynaya bilər. Biz regionumuzda sabitlik və iqtisadi inkişaf yaratmalıyıq. Ölkələrimiz arasında münasibətləri yaxşılaşdırmaq üçün heç bir məhdudiyyətimiz yoxdur”.