İş yerində beyin qanaması keçirən Türkiyə vətəndaşı Süleyman Akkayanın ölümündən sonra orqanlarının bağışlanmasına dair vəsiyyəti yerinə yetirilib.
Globalinfo.az xəbər verir ki, Akkayaya dövlət xəstəxanasında ilk tibbi müdaxilə göstərildikdən sonra özəl tibb müəssisəsinə yerləşdirilib.
O, 4 günlük mübarizədən sonra həyatını itirib. Həyat yoldaşı Tuğba Akkaya onun vəsiyyətinə əsasən oqranlarının bağışlanmasına razılıq verib.
Samsun Orqan və Toxuma Nəqli Koordinasiya Mərkəzinin həkimi Mehmet Kazak ailəyə göstərdikləri böyük fədakarlıq və humanist davranışa görə təşəkkür edib. Həkim Süleyman Akkayanın ürəyinin İstanbula, qaraciyərinin Ərzuruma, 2 böyrəyi və 2 buynuz qişasının isə Samsunda orqan gözləyən xəstələrə nəql ediləcəyini bildirib.
Bu məsələ Türkiyədə böyük maraqla qarşılanıb və təqdir edilib.
Əliyar Xəlil
Globalinfo.az














