Türkiyədə mədəndə partlayış nəticəsində ölənlərin sayı 40-a çatdı

Türkiyədə mədəndə partlayış nəticəsində ölənlərin sayı 40-a çatdı

Türkiyənin Bartin bölgəsində oktyabrın 14-də kömür mədənində partlayışda ölənlərin sayı 40-a çatıb.

Globalinfo.az xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

X X X

Türkiyənin Bartin bölgəsində oktyabrın 14-də partlayış baş vermiş kömür mədənində 15 nəfərin xilas edilməsi üçün tədbirlər davam etdirilir.

Globalinfo.az xəbər verir ki, APA-nın məlumatına görə, enerji və təbii ehtiyatlar naziri Fatif Dönməz bildirib ki, mədəndə qalan 15 nəfərin yeri müəyyənləşdirilib.

Daxili işlər naziri Süleyman Soylu partlayışdan sonra 58 mədənçinin xilas edildiyini, 15 nəfərin xilas edilməsi üçün tədbirlər görüldüyünü bildirib.

Qeyd edək ki, daş kömür mədənində partlayış baş verməsi nəticəsində 28 mədənçi həlak olub, 11-i yaralanıb. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.