Türkiyə prezidenti Ermənistan hakimiyyətinə çağırış etdi – VİDEO

 

Türkiyə prezidenti Ermənistan hakimiyyətinə çağırış etdi - VİDEO

Ermənistanla son olaraq Praqada danışıqlar apardıq.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistana səfərindən öncə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Ermənistana açıq şəkildə dedik ki, əgər siz Azərbaycanla münasibətləri müsbət istiqamətdə aparsanız, Türkiyə olaraq bizim də Ermənistanla münasibətlərimiz müsbət istiqamətdə olacaq. Biz bunu Ermənistandan gözləyirik. Hazırda bu mərhələyə gəlmişikmi? Bunu deyə bilmərəm”, – Türkiyə lideri vurğulayıb.

O, Fransa və ABŞ-dakı erməni diasporunun normallaşma prosesinin əleyhinə olduğunu qeyd edib. Ərdoğan diqqətə çatdırıb ki, bu yanaşma normallaşma prosesinə mənfi təsir göstərir.

Ərdoğan Ermənistan hakimiyyətinə çağırış edib. Türkiyə dövlət başçısı əlavə edib ki, bunun qarşısını ancaq Ermənistan hakimiyyəti ala bilər.