Türkiyə Silahlı Qüvvələri Suriyada da əməliyyat keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
“Barış pınarı” əməliyyat bölgəsində PKK/YPG terror təşkilatının dörd üzvü məhv edilib.
***15:40
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında növbəti əməliyyatlar keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, yanvarın 29-dan fevralın 8-dək keçirilən əməliyyatlarda PKK terror təşkilatının 11 üzvü öldürülüb.
Onlardan yeddisi Qara, dördü isə Hakurk bölgəsində keçirilən əməliyyatlar nəticəsində zərərsizləşdirilib.
Nazirlikdən bildirilib ki, terrorçulara qarşı mübarizə davam edəcək.














