Kreml Özbəkistanın üçtərəfli ittifaqa qoşulmaqdan imtinası ilə bağlı informasiyanı şərh edib.
Globalinfo.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Özbəkistan tərəfinin mövzu ilə bağlı fikirlərinin təhrif olunduğunu deyib.
“Bütün bunlar “Röyter”in yazdığı kimi, siyasi nöqteyi-nəzərdən koordinasiya tələb etmir. Orada heç bir siyasi şərt yoxdur. Özbəkistan baş nazirinin müavininin sözləri təhrif edilib”, – D.Peskov bildirib.
Qeyd edək ki, bundan öncə Rusiya Qazaxıstan və Özbəkistanla birgə qaz nəqlinin həyata keçirilməsi üçün ittifaq yaradılmasını təklif edib. “Röyter” agentliyi Özbəkistanın bundan imtina etdiyi haqqında məlumat yayıb. Üstəlik, Özbəkistan Prezidenti Şövkət Mirziyayev Avrasiya İttifaqı liderlərinin Bişkek görüşünə qatılmaqdan vaz keçib ki, bunun da Putinlə görüşməkdən imtina kimi baş düşüləcəyi güman edilir.
İlkin
Globalinfo.az













