Ötən gecə Alyaskada ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan görüşün təqdim edildiyi kimi müsbət ab-hava deyil, daha gərgin keçdiyi bildirilir.
Globalinfo.az xəbər verir ki, görüşdə iştirak edən “Fokx Nyus”un jurnalisti Ceyki Henrix otaqda baş verənlərdən danışıb.
Jurnalist məkanda ab-havanın yaxşı olmadığını deyib:
“Sanki işlər yolunda getmirdi və bu, hiss olunurdu. Putin daha sonra görüşün baş tutacağı otağa daxil oldu və hər kəsi əzib keçdi. Söyləmək istədiklərini birbaşa dedi, ABŞ prezidentinin yanında fotosunu çəkdirdi və çıxıb getdi”.
🔴 Fox News Muhabiri Jacqui Heinrich:
Odadaki hava pek iyi değildi. İşler yolunda gitmiyor gibiydi. Putin içeri girip herkesi ezip geçti, söylemek istediklerini doğrudan söyledi, başkanın yanında fotoğrafını çektirdi ve sonra gitti.pic.twitter.com/2psiehwolZ
— Conflict (@ConflictTR) August 15, 2025
Əliyar Xəlil
Globalinfo.az














