Trampın 3 ölkə ilə bağlı PLANI – Ərdoğan “qətiyyən” dedi

Trampın 3 ölkə ilə bağlı PLANI - Ərdoğan "qətiyyən" dedi

ABŞ Prezidenti Donald Trampın Qəzzadakı fələstinliləri Misir və İordaniya kimi qonşu ölkələrə göndərmək planı müzakirə olunmaqdadır. O, ABŞ-ın Qəzzanı bərpa edəcəyini, burada iş yerləri yaradacağını bildirib. Bununla belə, Trampın planına Qərbdən, eləcə də Ərəb dünyasından sərt reaksiya gəlib.

Sözügedən plan baş tuta bilərmi?

Globalinfo.az-a danışan politoloq Elşad Həsənov deyib ki, ABŞ Prezidentinin Qəzzada yaşayan 1.8 milyon fələstinlinin Misir və İordaniyaya yerləşdirilməli olduğu ilə bağlı fikirləri diqqətçəkəndir:

“Tramp Qəzzada böyük binalar, əyləncə mərkəzləri tikib, pul qazanmağı planlayır. Bu, çox absurd yanaşmadır. ABŞ-ın böyük hərbi, iqtisadi gücü var. Lakin bu o demək deyil ki, istədikləri yerdən əhalini çıxardıb, öz maraqları naminə həmin ərazilərdən istifadə etsin. Bu, beynəlxalq hüquqa ziddir. BMT-də onu pisləyir”.

Trampın 3 ölkə ilə bağlı PLANI - Ərdoğan "qətiyyən" dedi

Elşad Həsənov

II Abdullahla görüşü zamanı onu dilə tutub, razı salmaq istəsə də, Kral fələstinlilərin həmin ərazidə yerləşdirilməsinin mümkün olmadığını bildirdi.

Bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da məsələyə münasibət bildirərkən, sözügedən prosesin qətiyyən baş tutmayacağını diqqətə çatdırdı. Bütövlükdə iki milyard əhalisi olan müsəlman dünyası buna qarşıdır. Səsləndirilən planların reallaşacağını düşünmürəm. Qəzzanı bərpa edib, fələstinliləri geri qaytaracağını desəydi, yanaşma fərqli olardı”.

Safura Bənnayeva
Globalinfo.az