Əgər Rusiya və Ukrayna münaqişənin həlli ilə bağlı razılığa gəlməsələr, hər iki ölkəyə qarşı sərt sanksiyalar tətbiq edilə bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Almaniya Kansleri Fridrix Mertzs ilə Ağ Evdə keçirilən görüşdə danışıb.
ABŞ lideri Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ehtimalı ilə bağlı suala cavabında bildirib ki, əgər razılaşma baş tutmasa və münaqişə davam etsə, bu addımı ata bilər. Tramp qeyd edib ki, özü üçün müəyyən son tarix müəyyənləşdirib və həmin tarixədək vəziyyət dəyişməsə, çox sərt mövqe tutacaq.
“Və açıq desək, bu hər iki ölkəyə aid ola bilər”, – deyə Tramp vurğulayıb.
Aysel Əliyeva
Globalinfo.az














