“Davos Forumunda çıxış edən ABŞ Prezidenti Donald Tramp deyib ki, Səudiyyə Ərəbistanı və OPEC-dən neftin qiymətini aşağı salmalarını istəyəcək”.
Globalinfo.az xəbər verir ki, bu barədə politoloq Şahin Cəfərli məlumat paylaşıb.
O bildirib ki, Trampın bu addımı həm ABŞ-da inflyasiyanı azaltmağa və uçot dərəcəsini aşağı salmağa, həm də Rusiyanın Ukraynada müharibəni dayandırmağa kömək edəcək:
“Nefti ucuzlaşdırmaqla bu müharibəyə son qoymaq olar. İndiyədək bunun edilməməsi məsuliyyətsizlikdir. Biz qiyməti düşürəcəyik və Rusiya dərhal Ukrayna ilə müharibəni dayandıracaq”, – deyə Tramp bildirib.
“Tramp Avropa bazarına böyük miqyasda enerji daşıyıcıları çıxarmağa hazır olduqlarını bəyan edib. O, NATO ölkələrindən hərbi xərcləri ÜDM-in 5%-nə yüksəltməyi tələb edəcəyini də söyləyib”, – Şahin Cəfərli vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az














