ABŞ Prezidenti Donald Tramp səkkiz ayda səkkiz müharibəni sözlər və tariflərlə bitirdiyini deyib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, amerikalı hərbçilərlə danışarkən bildirib.
“Tanıdığımız heç bir prezident müharibəni bitirməyib, bir çoxları əksinə buna başlayır. Bitirdiyim müharibələrə isə Kosovo və Serbiya, Konqo və Ruanda, Pakistan və Hindistan, İsrail və İran, Misir və Efiopiya, Azərbaycan və Ermənistan daxildir. Məhz bu ay Qəzzada, Yaxın Şərqdə müharibəyə son qoyduq”, – Tramp qeyd edib.
O əlavə edib ki, bu yaxınlarda Malayziyada Kamboca ilə Tailand arasında saziş imzalanıb.
“Biz milyonlarla insanın həyatını, əsasən sözlərlə xilas etdik”, – deyə Ağ Ev rəhbəri qeyd edib.
Əliyar Xəlil
Globalinfo.az














