“Vaşinqtonda qəzaya uğrayan təyyarədə sağ qalan yoxdur”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O, sərnişin təyyarəsinin hərbi helikopterlə toqquşmasını “dəhşətli faciə” adlandırıb.
Ağ Ev rəhbəri çıxışına həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.
“Millətimiz üçün kədərli bir vaxtda danışıram. Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir. Təəssüf ki, sağ qalan yoxdur”, – Tramp bildirib.
O, təyyarə qəzasının səbəblərindən də danışıb.
“Ağ Ev bu fəlakətin necə baş verdiyini mütləq öyrənəcək. Bir daha belə bir şey olmaması üçün əlimizdən gələni edəcəyik”, – prezident vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az














