Tramp və Putinin FOTOsunda “zaman səyahətçisi” – MARAQLI DETAL

Tramp və Putinin FOTOsunda “zaman səyahətçisi” - MARAQLI DETAL

Rusiyalı jurnalist və teleaparıcı Kseniya Sobçak Teleqram kanalında diqqəti iki şəkil arasındakı oxşarlığa çəkib: biri RusiyaABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Alyaskadakı görüşündə çəkilən, digəri isə 1959-cu ildə SSRİ KP MK baş katibi Nikita Xruşşov ilə həmin vaxt ABŞ-ın vitse-prezidenti olmuş Riçard Niksonun fotosu.

Globalinfo.az Publika.az-a istinadən xəbər verir ki, o, amerikalıların oxşar jestləri ilə yanaşı, bir detala da diqqət çəkib. Onun fikrincə, müasir fotodakı tərcüməçi, ehtimal ki, keçmiş kadrdakı həmkarına heyrətamiz dərəcədə bənzəyir. Fotolar arasında 60 il keçməsi diqqət çəkir.

“Tərcüməçi, görünür, zaman səyahətçisidir“, – deyə Sobçak yazıb.

Jurnalist xatırladıb ki, 1959-cu ildə Nikson Moskvaya səfər edib, burada Sokolniki parkının sərgi mərkəzində “ABŞ-ın sənaye məhsulları” Amerika Milli Sərgisi keçirilib. Tədbir zamanı onunla Xruşşov arasında “mətbəx mübahisəsi” adlanan mübahisə baş verib və bu zaman onlar kapitalizm və sosializmin məziyyətlərini müzakirə ediblər. Nikson 10 il sonra, 1969-cu ildə ABŞ-ın prezidenti olub.

Tramp və Putinin FOTOsunda “zaman səyahətçisi” - MARAQLI DETAL