“ABŞ Prezidenti Donald Tramp Pentaqonun Ukraynaya silah tədarükünü dayandırması barədə xəbərdar olmayıb. O, bunu Almaniya kansleri Fridrix Mertzlə telefon danışığı zamanı öyrənib”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” nəşri mənbələrə istinadən yazıb.
“Təxminən iki həftə əvvəl Almaniya kansleri Ağ Ev rəhbəri ilə danışmaq istəyib. O, həmin vaxt ABŞ müdafiə naziri Pit Heqsetlə Oval kabinetdə idi. Mertz Trampa “Mən sizə Müstəqillik Gününüzü təbrik etmək və bir razılaşma təklif etmək üçün zəng edirəm” deyib. Təklif isə ABŞ-ın Kiyevə yardımı dayandırdıqdan sonra Berlinin Ukrayna üçün iki Patriot sistemi alması idi. “Pit, nə baş verir?”, – Tramp Mertzin sözlərindən sonra ondan soruşub”, – deyə qeyd edilib.
Xatırladaq ki, iyulun 2-də Pentaqon öz silah ehtiyatlarının azaldılmasından ehtiyat edərək bəzi zenit-raket komplekslərinin və digər dəqiq idarə olunan sursatların Kiyevə çatdırılmasını dayandırıb. Tramp daha sonra Ukraynaya silah tədarükü üçün NATO ilə müqavilə bağladığını açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az














