Trampdan Azərbaycanla bağlı xoşagəlməz qərar

Trampdan Azərbaycanla bağlı xoşagəlməz qərar

ABŞ İmmiqrasiya Agentliyi deportasiya ediləcək 1,5 milyon miqrantın siyahısını dərc edib.

Globalinfo.az xəbər verir ki, siyahıda 709 Azərbaycan vətəndaşı var. Həmin şəxslərin saxlanılaraq ölkəyə deportasiya ediləcəyi bildirilir.

Həmçinin 3103 Türkiyə vətəndaşı, 3518 rus, 2808 erməni və 1862 ukraynalının da ABŞ-dan çıxarılacağı deyilir.

Məlumata görə, öz ölkələrinə göndərilməsi planlaşdırılan miqrantların çoxu Honduras, Qvatemala, Meksika və El Salvadordandır.