Tramp müharibəyə hazırlaşır? – Ora vurulacaq

Tramp müharibəyə hazırlaşır? – Ora vurulacaq

ABŞ Prezidenti Donald Tramp İsrailin İrana qarşı apardığı hərbi əməliyyata ABŞ-ın da qoşulması və İranın nüvə obyektlərinə zərbələrin endirilməsi imkanını ciddi şəkildə nəzərdən keçirir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Tramp xüsusilə İranın Fordoda yerləşən yeraltı uran zənginləşdirmə obyektini hədəf kimi görür.

ABŞ rəsmilərinin sözlərinə əsasən, Tramp ABŞ-ın bu münaqişəyə daxil olmasını və İranın nüvə obyektlərinə, xüsusilə Fordodakı yeraltı mərkəzə zərbələr endirməsini ciddi şəkildə düşünür”, – deyə portal yazır.

Aysel Əliyeva
Globalinfo.az