Rəsmi olaraq vəzifəsinin icrasına başlayan ABŞ prezidenti Donald Tramp Meksika ilə cənub sərhədində fövqəladə vəziyyət elan edib.
Globalinfo.az xəbər verir ki. bu barədə “CNN” məlumat yayıb.
“Bu gün mən ABŞ-ın tam bərpasına və sağlam düşüncənin inqilabına başlayacaq bir sıra tarixi sərəncamlar imzalamağı planlaşdırıram. Əvvəlcə cənub sərhədimizdə fövqəladə vəziyyət elan edəcəm və qoşunlarımızı ora göndərəcəm”, – deyə Tramp vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az














