Tramp İrandan danışdı: “Müharibə istəmirəm, amma…”

Tramp İrandan danışdı: “Müharibə istəmirəm, amma...”
ABŞ İranla münaqişəyə qarışmaq istəmir, lakin onun nüvə silahına sahib olması ilə razılaşmayacaq.  

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“Bu münaqişəyə qarışmaq istəmirəm. Mən artıq 20 ildir, bəlkə də daha çoxdur deyirəm ki, İran nüvə silahına sahib ola bilməz”, – deyə o vurğulayıb.

Aysel Əliyeva
Globalinfo.az