İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirildi. Prezident İlham Əliyev dünyanın müxtəlif xəbər agentlikləri, tanınmış media qurumları təmsilçiləri və ekspertlərinin suallarını cavablandırıb. Ölkə başçısı ABŞ prezident seçkilərində hansı namizədin qalib gəlməsinin Bakının maraq daha uyğun olması haqda mesajlar verib.
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, ABŞ prezident seçkilərində artıq yeni vəziyyət yaranıb:
“Hazırkı prezident Co Bayden namizədliyini geri götürdü. Onun yerinə demokratları vitse-prezident Kamala Harris təmsil edəcək. Təbii ki, seçkilərdə baş verən bütün dəyişikliklər rəsmi Bakını da yaxından maraqlandırır. Xüsusilə də Baydendən çox Trampın seçilməsi Azərbaycan maraqlarına xidmət edir.
Oqtay Qasımov
Belə ki, demokratlar daha çox erməni lobbisi ilə təmasda olması ilə seçilir. Bu da Bakını hər zaman narazı salıb, çünki bir çox qətnamə məhz onların üzərindən qəbul edilib. Misal üçün 90-cı illərdə ABŞ-da hakimiyyətdə olan Klinton Ermənistana milyonlarla dollar yardım edib. Bundan başqa, Bayden hökumət kabinetinin 11 üzvündən 6-sı erməni lobbisi ilə sıx təmasdadır. Belə olan halda Bakının Trampın seçilməsini arzulaması başadüşüləndir”.
Turan Rzayev
Globalinfo.az














