Tramp 2026-cı il dünya çempionatının püşkatma tarixini açıqladı

Tramp 2026-cı il dünya çempionatının püşkatma tarixini açıqladı2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının püşkatma mərasimi dekabrın 5-də Vaşinqtondakı Con Kennedi adına İfaçılıq Sənətləri Mərkəzində baş tutacaq.

Globalinfo.az xəbər verir ki, bunu Ağ Evdə çıxışı zamanı ABŞ Prezidenti Donald Tramp deyib.

Onun sözlərinə görə, püşkatmanın paytaxtda keçirilməsi böyük şərəfdir:

“Bu il dekabrın 5-də 2026-cı il dünya çempionatının püşkatma mərasimi məhz burada, Vaşinqtondakı Kennedi Mərkəzində keçiriləcək.

Bu, idman aləmində qeyri-adi hadisədir, ən böyük yarışdır. Biz dünyanın ən yaxşı idmançılarını burada, xalqımızın mədəniyyət mərkəzində qəbul etməkdən qürur duyuruq”.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək.