“Traktor” daha bir kubok qazandı: Təbrizdə izdiham – milli şüarlar səslənir / VİDEO

"Traktor" daha bir kubok qazandı: Təbrizdə izdiham - milli şüarlar səslənir / VİDEO

“Traktor” futbol üzrə İran Superkubokunun qalibi olub.

Globalinfo.az xəbər verir ki, “Naqşi Cahan” stadionunda baş tutan görüş “Traktor”un 2:1 hesablı qələbəsi ilə bitib. Son ölkə çempionu olan Təbriz klubu həlledici oyunda “İstiqlal”lı üstələyib.

“Traktor”un qələbəsindən sonra Təbrizdə insanlar meydanlara, küçələrə axın ediblər. Təbrizdə izdiham yaşanır.

“Traktor” klubunun tərəfdarları Təbrizin mərkəzi meydanına toplaşaraq milli şüar səsləndirirlər:

“Sən yaşa, Azərbaycan!”

Xatırladaq ki, “Traktor” ötən mövsüm tarixində ilk dəfə İran çempionatının qalibi olub.