Tovuzlu müəllim şagirdlərini belə mükafatlandırdı: Deputatla maraqlı görüş – FOTO / VİDEO

“Tovuz rayonu Düz Qırıqlı kənd 1 saylı tam orta məktəbin müəllimi Zülfiyyə xanım şagirdləri ilə maraqlı şərt kəsib”.

Globalinfo.az xəbər verir ki, bu barədə deputat Fazil Mustafa paylaşım edib.

Məlumata görə, müəllim öz şagirdlərinə qəbul imtahanında 600-dən çox bal topladıqları halda F.Mustafanın kitabxanasına aparacağını bildirib:

“Şagirdlər Nigar Məhərrəmova 691 bal, Tağıyev Kənan 601 bal toplayıblar. Müəllimələri vəd edib ki, kim 600-dən yuxarı bal toplasa, onları Fazil Mustafanın kitabxanası ilə tanış olmağa aparacaq. Mənə bir həftə öncə müraciət etdi, vaxt darlığına baxmayaraq bu günə gerçəkləşdirdik. Kitablarımdan yazıb hədiyyə verdim, mütaliə barədə maraqlı söhbətləşməmiz oldu”, – deputat qeyd edib.

Xatırladaq Fazil Mustafanın kitabxanası çox məşhurdur. Orda çox qiymətli kitabların olduğu deyilir. Ölkənin bir çox məşhur insanları sözügedən kitabxanada olublar. Bu mövzuda mediada da maraqlı reportajlar gedib. Qeyd edək ki, kitabxana millət vəkilinin evində qurulub.

Zaira Akifqızı

Globalinfo.az