Tovuzda qaçırılan məktəbli ailəsinə təhvil verildi – YENİLƏNİB

Tovuzda qoşulub qaçan məktəbli qızla bağlı təfərrüatlar məlum olub.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, 16 yaşlı Aysel Məmmədlinin (ad soyad şərti) ailəsinə geri qaytarılması üçün rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya və rayon Polis Şöbəsinin rəhbərliyi əməli tədbirlər görüblər.

Komissiyanın məsul katibi Aqşin Həsənov saytımıza bildirib ki, yeniyetmə qız heç cür razılaşaraq, ailəsinə qayıtmaq istəməyib:

“Qızın yeri müəyyən olunub tapılandan sonra o, ailəsinə qayıtmaq istəmədi. Mən və rayon Polis Şöbəsinin rəisi Habil müəllim birgə 3 saat çalışandan sonra qızı evinə qayıtmağa razı salmışıq. Qız qoşulub qaçdığı oğlandan ayrılmaq istəmirdi və ata evinə qayıtmağa razı deyildi. Ancaq qeyd etdiyim kimi, 3 saatlıq zəhmətimizdən sonra qızı razı sala bildik. Ayrıca, özüm 1 saat onunla profilaktiki söhbət apardım. Uğurlu nəticəmizə görə qızın valideynləri öz təşəkkürlərini bildirdilər”.

***10:24

Tovuz rayonunda evlənmək məqsədilə qaçırılan məktəbli ailəsinə təhvil verilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı məlum olub ki, 10-cu sinif şagirdi Aysel Məmmədlini (şərti ad) kənd sakini Mətin Mustafayev evlənmə məqsədi ilə qaçırıb.

Məktəbli qız ailəsinə təhvil verilib, məsələnin nəzarətdə saxlanılması təmin olunub.

Faktla bağlı araşdırma davam etdirilir.