Tovuzda faciə: anası və bacısını baltaladı, evi yandırdı

Tovuzda faciə: anası və bacısını baltaladı, evi yandırdı

Tovuzda ruhi-əsəb xəstəsi, 31 yaşlı Kainat Namazov bacısı 25 yaşlı A. Namazovaya və anası 55 yaşlı Sevinc Həsənovaya balta ilə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib və daha sonra yaşadıqları evi yandırıb.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən K.Namazov saxlanılıb.

Xəstəxanaya yerləşdirilən S.Həsənova xəstəxanada ölüb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.