Tovuz rayon Qədirli kənd sakin, 47 yaşlı Eldəniz Məmmədov itkin düşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə polisə onun həyat yoldaşı məlumat verib. Qadın bildirib ki, əri dekabrın 21-də gecə saat 22 radələrində balıq ovu məqsədilə evdən çıxıb. O, rayonun Mülkülü kəndi istiqamətinə ova gedib. Lakin E.Məmmədov geri qayıtmayıb və onunla əlaqə saxlamaq mümkün olmayıb.
E.Məmmədovun tapılması məqsədilə işlər aparılır.
Zaira Akifqızı
Globalinfo.az














