Toral Bayramov da millidən kənarlaşdırıldı

Toral Bayramov da millidən kənarlaşdırıldı

Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, millimizin futbolçusu Toral Bayramov zədələndiyi üçün heyətdən çıxarılıb.

Qeyd edək ki, komandamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa yığması ilə qarşılaşacaq.

Xatırladaq ki, daha öncə Elvin Cəfərquliyevin səhhətində problem yarandığı üçün heyətdən çıxarılmışdı.