
“İran prezidentinin olduğu helikopterin qəzaya uğradığı yerdə hava qaralır, orada yağış yağır”.
Globalinfo.az xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
Hazırda helikopterin axtarışlarının davam etdiyi bildirilir.
Məlumata görə, qəzanın baş verdiyi ehtimal edilən yerə getmək mümkün deyil. Xilasedicilər əraziyə çatmaq üçün sadəcə piyada getməyə məcburdurlar.














