Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan Balakən rayon sakini, 1998-ci il təvəllüdlü Ramazan Nərman oğlu Filiyevin nəşi ailəsinə təhvil verilib.
Globalinfo.az bildirir ki, “Report”un Şimal-qərb bürosunun məlumatına görə, daha sonra onun nəşi rayonun Şərif kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində R.Filiyevin doğmaları, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, R.Filliyev ailəli idi, 10 aylıq oğlu var.
Qeyd edək ki, Aktauda qəzaya uğrayan təyyarədə olan sərnişinlərdən 15 nəfəri Balakən rayon sakini olub, onlardan 10 nəfəri qəza zamanı həyatını itirib.
X X X
Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan Cəlilabad rayon sakini, 1997-ci il təvəllüdlü Qoşqar Firidun oğlu Sadıqovun nəşi ailəsinə təhvil verilib.
Globalinfo.az bildirir ki, “Report”un Muğan bürosunun məlumatına görə, daha sonra onun nəşi rayonun Mirzəli kəndində dəfn edilib.
Subay olan Q.Sadıqov Qroznıda fəhlə işləyib.
Qeyd edək ki, əvvəlcə onun yaralı və ya həlak olması ilə bağlı dəqiq məlumat yox idi. Onun şəxsiyyəti atasından götürülən DNT analizindən sonra müəyyən olunub.














