Təcili: İrəvan xəstəxanaları qan ehtiyatı toplayır – Müharibə ola bilər?

Ermənistan Səhiyyə Nazirliyi xəstəxanalara qan ehtiyatı görməklə bağlı tapşırıq verib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni Teleqram kanalları Ermənistan Səhiyyə Nazirliyindəki mənbəyə istinadla məlumat yayıb.

Səbəbləri açıqlanmasa da, ehtimal olunur ki, bu, Ermənistanın müharibəyə hazırlaşması ilə bağlıdır.

Qeyd edək ki, bu gün SEPAH-a bağlı Teleqram kanalları Ermənistanın sərhədə ordu topladığı haqda məlumat yaymışdı. Həmçinin iddia edilirdi ki, Paşinyan ofisinin qeyri-rəsmi sözçüləri yaxın iki həftə ərzində Qarabağla bağlı “sürprizlər” ola biləcəyi xəbərdarlığını edib.