TƏCİLİ: Ermənistanda bomba xəbərdarlığı edildi – FOTO

Ermənistanın Gümrü şəhərində yerləşən “Şirak” hava limanında bomba xəbərdarlığı edilib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Shamsyan” məlumat yayıb.

Səhər saat 08:50 -də Ermənistan Daxili İşlər Nazirliyinə “Şirak” hava limanına bomba qoyulduğuna dair informasiya daxil olub. Vilayət polis idarəsinin rəisi Artur Bdoyan və bir neçə təhlükəsizlik əməkdaşı o cümlədən “Şirak” polis batalyonu dərhal hadisə yerinə gəliblər.

Hava limanının əməkdaşları təxliyə edilib və əraziyə giriş-çıxış bağlanıb. Hazırda bombanın axtarışları aparılır.

Məsələ ilə bağlı aradırma davam edir.

Ayşən Mustafa
Globalinfo.az