TƏCİLİ!!! Erməni korpus komandiri vuruldu – İrəvan itkilərinin sayını açıqladı / FOTO + YENİLƏNDİ

TƏCİLİ!!! Erməni korpus komandiri vuruldu - İrəvan itkilərinin sayını açıqladı / FOTO + YENİLƏNDİ

Ermənistan Müdafiə Nazirliyi itkilərinin sayını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, nazirlik təmas xəttində silahlı atışmada 4 əsgərin öldüyünü, 6-nın yaralandığını bildirib.

Qeyd edək ki, erməni sosial şəbəkə istifadəçiləri itki sayının onlarla olduğunu yazır.

***17:37

Ermənistan və Azərbaycan əsgərləri arasında atışma 15-20 dəqiqə davam edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzetinə Ümumerməni Milli Dövlətçilik Partiyasının sədri Artur Vardanyan məlumat verib.

Qəzet Ermənistan tərəfindən ölənlərin sayının 3-ə çatdığını yazıb. Yaralananların sayı isə qeyd edilməyib və yalnız çox olduğu deməklə kifayətlənib.

Üstəlik yaralılar arasında Ermənistan xüsusi təyinatlı korpusunun komandiri Armen Gözəlyanın olduğu vurğulanıb.

Bununla yanaşı Ermənistan tərəfinin yaralılarının atışma zonasında qaldığı və onların evakuasiyasının mümkün olmadığı vurğulanıb.

İlkin Həsənov
Globalinfo.az