Təbrizdə neft emalı zavodunda partlayış: yaralananlar var

Təbrizdə neft emalı zavodunda partlayış: yaralananlar var

Təbriz neft emalı zavodunda partlayış baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumatda bildirilib ki, İranın şimal-qərbində Təbriz neft emalı zavodunda tikilməkdə olan qurğulardan birində azot çəni partlayıb. Zavodun yaxınlığında qatı tüstü ətrafı bürüyüb.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı məlumatda bildirilib ki, partlayış nəticəsində 8 nəfər yaralanıb.

Şərqi Azərbaycan vilayətinin Böhran Vəziyyətlərində İdarəetmə Baş direktoru deyib ki, Təbrizdəki partlayışlar bölgədə partlamamış İsrail hərbi sursatlarının zərərsizləşdirilməsi zamanı baş verib.

Əliyar Xəlil 

Globalinfo.az