“Gürcüstan müxalifətinin ölkədə inqilabi proseslər yaratmaq üçün gücü yoxdur”.
Globalinfo.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
“Müxalifət inqilabi proseslərə təşəbbüs göstərməyə çalışsa da, heç nə alınmır. Gürcüstan gələcəkdə də öz milli maraqlarını qoruyacaq”, – o bildirib.
Qeyd edək ki, bundan öncə Rusiya Xarici Kəşfiyyat Xidməti oktyabrın sonunda Gürcüstan müxalifətinin Qərbin köməyi ilə ölkədə inqilab etməyə hazırlaşdığını açıqlayıb. ABŞ bu iddianı rəsmən təkzib edib. Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının fəxri rəhbəri Bidzina İVanişvili isə müxalifətin ölkəni xəritədən silmək istədiyini bildirib.
Əliyar Xəlil
Globalinfo.az














