Taylandda qəribə dad: elə bir qida trend oldu ki…

Taylandda qəribə dad: elə bir qida trend oldu ki...

Taylandda qızardılmış toyuq dondurması populyar olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bangkok Post” məlumat yayıb.

“Taylandın şimal-şərqindəki Xon Kaen əyalətində qeyri-adi və yaradıcı dondurma sürətlə məşhurlaşır. Ənənəvi yerli yeməklər dondurulmuş desertlərə çevrilir. Təşəbbüsün məqsədi qastronomik eksperiment vasitəsilə bölgənin mədəni kimliyini qoruyub saxlamaqdır. Bu qida ədviyyatlar, qızardılmış soğan, karamel və badamla süfrəyə verilir”, – deyə bildirilib.

Əliyar Xəlil
Globalinfo.az